Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Milli Kitabxanada qonaq olub

post-img

Mayın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohammed Al Blooshi Milli Kitabxanada olub.

"Xalq qəzeti"nə verilən məlumata görə, görüş zamanı qonağa Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 5 milyondan artıq fondu olan Milli Kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb. Kitabxananın onlayn istifadəçilərindən əksəriyyətini Avropa ölkələri təşkil edir.  Qeyd edilib ki, Azərbaycan Milli Kitabxanasının Qətərlə və Misirlə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bu görüş Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişlənməsində böyük rol oynayacaq və  əməkdaşlıq memorandumunun imzalanmasına zəmin yaradacaqdır. 

Səfir görüş zamanı Azərbaycan Milli Kitabxanasının Əbu-Dabi, Dubay, Şarja kimi böyük şəhərləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyindən bəhs edib.

Görüşün sonunda qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə digər kitablar hədiyyə edilib. 



Elm