Xarıbülbül Beynəlxalq Musiqi Festivalı Şuşada start götürüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 14 mayda Xarıbülbül Beynəlxalq Musiqi Festivalı Şuşa şəhərində start götürüb.

XQ xəbər verir ki, festivalın açılışı Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsərinin ifası ilə başlayıb. Tədbirə yerli sənətçilərlə yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Yaponiyadan gələn musiqi kollektivləri və solo ifaçılar da qatılıblar.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festivalın məqsədi mədəni dialoqu gücləndirmək, təcrübə mübadiləsini artırmaq və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.



Mədəniyyət