Rayonlara yağış yağacaq, dolu düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. 

Arabir güclənən şimal-qərb külə­yi əsəcək, gündüz mülayimləşəcək. Gecə 16-20°, gündüz 23-27° isti ola­caq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kə­siləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi ra­yonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 25-30, dağlarda gecə 6-11°, gündüz 13-18°, bəzi yerlərdə isə 22°-dək isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya