Bölgələrə leysan yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mayın 21-də Ba­kıda və Abşeron yarımadasında ha­vanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcə­yi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacagı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Gecə 12-17°, gündüz 21-26° isti olacaq. At­mosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gün­düz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağın­tılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxa­cağı, dolu düşəcəyi, yüksək dağlıq əra­zilərdə sulu qar ehtimalı var. Bəzi yerlər­də duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gün­düz 22-27°, dağlarda gecə 4-8°, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq. 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya