“Microsoft”a 20 milyon dollar cərimə!

post-img

“Microsoft” şirkəti Federal Ticarət Komissiyası tərəfindən 20 milyon dollar cərimələnib. Buna səbəb kimi uşaqların məxfi məlumatlarından istifadə edildiyi göstərilib. Məlumatı “abcnews.com” saytı paylaşıb. 

“Microsoft”un “Xbox” oyun sisteminə qeydiy­yatdan keçmiş uşaqların şəxsi məlumatları top­lanıb və reklamlar üçün istifadə edilib. On üç yaşdan yuxarı istifadə­çilər oyuna daxil olarkən razılaşma müqaviləsi bağlanılır. Lakin 13 yaş­dan kiçik olduqda bu barədə valideyn icazəsi olmalıdır. Şirkət isə 2015-2020-ci illər arasında 5 illik müddətdə bu qaydanı pozub.

Qeyd edək ki, “Microsoft” bu məsələdə səhvini eti­raf edib. Federal Ticarət Komissiyasının qərarlarının icra ediləcəyi bildirilib.

Ə.ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya