Ermənistan Rusiya silahının əvəzedicisini tapıb

post-img

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya ilə bu məsələ ilə bağlı yaranmış problemlər fonunda Ermənistan silah alınması üçün alternativ həll yolları tapıb.

“Bir çox ölkələr var ki, onlarla silah alışı məsələsi ilə bağlı intensiv müzakirələr gedir. Müəyyən hissədə artıq nəticələr var, digər tərəfdən isə danışıqlar hələ də davam edir. Ermənistanla Rusiya arasında silah tədarükü ilə bağlı münasibətlərdə yaranmış problem həll olunana qədər Ermənistan alternativ həll yolları axtarır və tapır”, - “İnterfaks”  Qriqoryana istinadən bildirir.

O qeyd edib ki, Minskdə KTMT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü zamanı rusiyalı həmkarı ilə bu məsələni müzakirə etmək niyyətindədir.

“Biz başa düşürük, mövcud reallığı görürük - bu, Rusiya-Ukrayna müharibəsidir. Nəzərə alırıq ki, Rusiyanın silah ixrac etmək imkanları o qədər böyük deyil. Biz isə başqa resursların axtarışı yolunu tutduq”, - deyə Qriqoryan vurğulayıb.

S.ELAY,

"Xalq qəzeti"

Dünya