“WhatsApp”ın daha bir funksiyası

post-img

“WhatsApp” messencerinin tərtibatçıları proqramda yeni funksiya üzərində işləyirlər. Belə ki, istifadəçilər telefon nömrəsi olmayan kontaktı tapmağı asanlaşdırmaq üçün özləri üçün ləqəb yarada biləcəklər.

“Bu potensial olaraq kon­taktların əlavə edilməsini asanlaşdıracaq və daha çox məxfilik təmin edəcək, çünki şəxsi telefon nömrənizi heç kimlə paylaşmağa ehtiyac ol­mayacaq”, - deyə bildirilib.

Funksiya artıq aktiv inkişaf mərhələsindədir və gələcək messencer yeniləməsində gö­rünəcək. Çox vaxt yeni “What­sApp” funksiyaları əvvəlcə Android proqramında görünür, sonra isə iOS tətbiqinə yayılır.

“Xalq qəzeti”

Dünya