BMW-nin 2 yeni elektromobili

post-img

BMW şirkəti i5 seriyasının elektrikli sedanının tamamilə yeni versiyasını təqdim edib. Elektrik sedan iki versiyada təqdim edilib. BMW i5 M60 xDrive və i5 eDrive40. Hər iki elektromobil güclü mühərrik, yeni gövdə və təkmilləşdirilmiş multimedia sistemi ilə təchiz olunub.

Bununla yanaşı, bu elektromobillər bir dəfə şarj olunandan sonra daha çox yol qət edə bilirlər. BMW i5 eDrive40 modeli 313 at gücündə olan bir ədəd elektrikli mühərriklə təchiz olu­nub. Sözügedən model saatda 100 km sürəti 5,7 saniyəyə yı­ğır. Bununla belə bir dəfə şarj olunandan sonra o, 475 km yol qət edə bilir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Dünya