NASA kosmosa nüvəmühərrikli raket göndərəcək

post-img

Mediada yayılan xəbərlərə görə, NASA bu onilliyin ikinci yarısında kosmosa nüvəmühərrikli raket göndərəcək. Bu prosesdə insanların həyatı təhlükə altında olmayacaq. Belə ki, nüvəmühərrikli raket Yer kürəsi səthindən təhlükəsiz məsafəyə qədər uzaqlaşdıqdan sonra çalışmağa başlayacaq.

NASA bu layihə çərçi­vəsində ABŞ Müdafiə Na­zirliyinin DARPA idarəsi ilə əməkdaşlıq edir. Bu idarə perspektivli tədqiqat la­yihələrinin reallaşdırılması üçün nəzərdə tutulub. Nüvə mühərrikli raketin kosmosa 2027-ci ildə göndərilməsi planlaşdırılır. Raketdə təqri­bi olaraq 10 000 ton itələmə qüvvəsi olan mühərrikin pro­totipindən istifadə ediləcək. 

Müqayisə üçün qeyd et­mək lazımdır ki, SpaceX şirkətinin Super Heavy adlı ağır rake­tində mövcud olan 33 ədəd Raptor V3 mühərriki ümumilikdə 9000 ton itələmə qüvvəsini təmin edir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

Dünya