Janet Yellen iyunun 1-də defolt elan olunacağını mümkün hesab edir

post-img

ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, Ağ Ev və ABŞ Konqresi dövlət borc tavanının artırılması ilə bağlı razılığa gəlməsə, ölkənin iyunun 1-də federal borc üzrə defoltla qarşılaşacağı mümkündür.

Bu barədə maliyyə nazirinin Konqresin rəhbərliyinə göndərdiyi məktubda bildirilib. Qeyd olunur ki, Konqres iyunun əvvəlinə qədər, hətta iyunun 1-dək həll yolunu müəyyənləşdirməsə, Maliyyə Nazirliyi ABŞ hökumətinin üzərinə götürdüyü öhdəlikləri daha yerinə yetirə bilməyəcək.

Dünya