ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti Ermənistana gəlib

post-img

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Keyt Fillips və nazirliyin əməkdaşı Patrik Prayor Ermənistana gəliblər.

Səfirlik bildirib ki, Phillips və Pryor təhlükəsizlik üzrə tərəfdaşlığı müzakirə etmək üçün Ermənistan hökumətinin rəsmiləri ilə görüşəcəklər.

Ermənistanın paytaxtında, həmçinin ABŞ Ədliyyə Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələrinin iştirakı ilə ədliyyə və hüquq-mühafizə orqanları üzrə işçi qrupun iclası keçirilib.

News.am Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 22-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa üzrə dövlət katibinin müavini Leo Doçerti də Ermənistana gəlib. Onunla görüşü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçirib.

"Xalq qəzeti"

 

Dünya