Zelenski Baxmutun Rusiya tərəfindən alınmasını inkar edir

post-img

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna qoşunlarının hələ də Baxmutda qaldığını bildirib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və “Vaqner”in rəhbəri Yevgeni Priqojinin daha əvvəl bildirdiyi kimi, Rusiya şəhəri almayıb.

"Reuters"in məlumatına görə, Vladimir Zelenski G7-də deyib ki, Baxmut “bu günə qədər Rusiya Federasiyası tərəfindən işğal olunmayıb”. Bununla belə, Vladimir Zelenski Ukrayna qoşunlarının hansı mövqelərdə olduğunu dəqiqləşdirməyib.

Bu gün səhər saatlarında "Reuters" agentliyi Vladimir Zelenskinin sözlərinə istinadən belə bir xəbər vermişdi. Agentliyin məlumatına görə, Ukrayna prezidenti Baxmutun Ukraynanın nəzarətində olub-olmaması ilə bağlı suala cavab olaraq “məncə, yox” demişdi. Daha sonra mətbuat katibi Sergey Nikifirov bildirmişdi ki, Vladimir Zelenski Rusiyanın Baxmutu ala bilib-bilməyəcəyi ilə bağlı iradlara belə cavab verib.

Baxmutun gecə saatlarında rus qoşunları tərəfindən tutulması Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən də təkzib edilib.

S.ELAY,

"Xalq qəzeti"

 

 

Dünya