Fransada pensiya islahatına qarşı etirazlar gündən-günə genişlənir

post-img

Fransada pensiya islahatına qarşı etiraz nümayişlərinin ikinci günü başa çatıb. Nümayişdən sonra hökumət və həmkarlar ittifaqları arasında rəqəm mübarizəsi başlayıb. Fransa Daxili İşlər Nazirliyi Parisdə 87 min nümayişçi olduğunu deyir, həmkarlar isə bu rəqəmin 500 min olduğunu iddia edir.

AZƏRTAC xəbər verir ki, Həmkarlar İttifaqları yanvarın 19-da keçirilmiş ilk nümayişlərdə 2 milyon, yanvarın 31-də isə bu 2,8 milyon insanın səfərbər olduğunu bildirir. Daxili İşlər Nazirliyi isə rəqəmlərlə bağlı susur.

Bildirilir ki, milli səviyyədə keçirilmiş 250 etiraz nümayişində həmkarlar ittifaqlarına görə 2,8 milyon, Daxili İşlər Nazirliyinə görə isə 1,272 milyon nümayişçi olub. Dövlət qulluqçularının 20 faizi etiraz nümayişlərinə qatıldığı bildirilir. Təhsil sistemi əməkdaşlarının 55 faizi, Dəmir Yolları işçilərinin isə 37 faizi tətil edib.

Ölkədə 8 əsas həmkarlar ittifaqı fevralın 7-si və 11-ni yenidən tətil və nümayiş günü elan ediblər.

Qeyd edək ki, etiraz nümayişində təhlükəsiziliyin təmin edilməsi məqsədilə 11 min jandarm və polis cəlb edilib.

Dünya