Çindən gələn tələbələrə Ədəbiyyat İnstitutunda mühazirələr keçirilib

post-img

Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbələri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olublar. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli tələbələrə mühazirə deyib.

XQ xəbər verir ki, mühazirədə Azərbaycan-Çin ədəbi əlaqələri, Orta Asiyada Türk xalqlarının ədəbiyyatı haqqında ətraflı məlumatlar verilib, tələbələrin sualları cavablandırılıb. 

Daha sonra tələbələr Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi ilə tanış olublar. Mərkəzdə tələbələr eyni zamanda Çin dilinin tədris prosesinə əyani şahidlik ediblər. Mərkəzin əməkdaşı, fil.ü.f.d. Nərgiz Kərimova “Azərbaycan və Çin ədəbiyyatında ortaq arxetiplerin semantika və funksiyası” mövzusunda Pekin Xarici Dillər Universitetinin Azərbaycanşünaslıq fakültəsinin tələbələrinə mühazirə keçib. Nərgiz Kərimova çıxışında arxetiplər nəzəriyyəsi, Çin mənşəli arxetip və obrazlar, onların Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqəsindən bəhs edib.

 









Təhsil