AGF Laçın və Şuşada məktəblərlə görüş keçirib

post-img

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə Azərbaycan güləşinin tanınmış simaları əvvəlcə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkiblər.

Təhsil ocağının akt zalında keçirilən tədbirdə tanınmış güləşçilərimiz çıxış edərək gənc nəsin Vətənpərbərlik ruhunda böyüməsində  öz tövsiyələrini çatdırıblar. Daha sonra güləşlə bağlı maarifləndirici viktorina həyata keçirilib və sualları daha dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb. Bundan başqa, məktəbin 2 şagirdininifa etdiyi mahnılar tədbirə əlavə rəng qatıb.

Daha sonra güləş üzrə Azərbaycanı beynəlxalq arenalarda ləyaqətlə təmsil etmiş Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf imzalayıblar.

Sonra güləş ulduzlarımız Şuşaya da baş çəkib. Nümayəndə heyəti Şuşa qalasında yerli sakinlərlə görüşüb,  onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

Qabil YUSİFOĞLU
XQ

























Sosial həyat