Dövlət İmtahan Mərkəzi məktəb rəhbərlərinə çağırış etdi

post-img

2023-2024-cü tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 148 797 nəfər cari il, 99 nəfər əvvəlki il, 1024 nəfər eksternat qaydada olmaqla 149 920 məzunun, tam orta təhsil səviyyəsi üzrə 101 394 nəfər cari il, 57 nəfər əvvəlki il, 2478 nəfər eksternat qaydada olmaqla 103 929 məzunun yekun attestasiyası Dövlət İmtahan Mərkəzi tərəfindən aparılıb.

Bildirilib ki, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş olunur ki, məzunların təhsil sənədləri barədə məlumatları “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil etsinlər.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil