Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

post-img

Dövlət İmtahan Mərkəzi iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək. Hərbi liseylərə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

Abituriyentlər imtahana özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əslini;

“İmtahana buraxılış vərəqəsi”ni.

Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil