ADNSU-da  anlaşma memorandumu imzalanıb

post-img

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərov, Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova və “TWI” şirkətinin qrup direktoru Tat-Hin Qan arasında onlayn və oflayn formatda görüş keçirilib. 

XQ xəbər verir ki, görüşdə əməkdaşlıq imkanları da müzakirə olunub.

Əməkdaşlığın mühəndislik sahəsində əlaqələrin inkişafına təsir imkanları baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Qeyd olunan məsələlərin hüquqi əsası kimi tərəflər arasında anlaşma memorandumu imzalanıb. İmzalanan sənədin qurumlar arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğu vurğulanıb.

Anar ƏLİ
XQ

Təhsil