Ekonometrika fənnini tədris edən müəllimlər UNEC-də təlimlərə dəvət olunur

post-img

Ekonometrika fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlər təşkil olunacaq.

UNEC-dən bildirilib ki, 42 saatlıq təlim proqramı 8-31 sentyabr tarixlərini əhatə edəcək. Təlimdə digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər. Təlimlər UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli və Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri Xətai Alıyev tərəfindən keçiriləcək.

Təhsil