Azərbaycan Texnologiya Universiteti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə yeni əməkdaşlığa başlayıb. Universitetdə bununla bağlı təşkil olunan görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova, layihə rəhbəri Gülnar Mirhüseynova iştirak ediblər.
Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərov bu ali məktəbin fəaliyyət istiqamətlərindən, gələcək perspektivlərindən danışıb.
Agentliyin həyata keçirdiyi “Technest Təqaüd Proqramı” çərçivəsində birgə əməkdaşlığın qurulması və gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, real perspektivlər çərçivəsində görülə biləcək işlər müzakirə edilib.
Azərbaycan Texnologiya Universitetinin İKT fakültələrində tədris alan tələbələrin təqaüd proqramından yararlanması və universitetdə Technest laboratoriyasının qurulması haqqında ilkin razılığa gəlinib.
Hamlet Qasımov,
“Xalq qəzeti”