Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Cari ilin aprel ayında “Google” axtarış sisteminin Azərbaycandakı bazar payı bütün platformalarda - kompüterlər, mobil cihazlar və planşetlərdə 90,02 faiz təşkil edib.

XQ xəbər verir ki, “Global Stats” statistik portalına istinadla xəbər verir ki, bu rəqəm mart ayı ilə müqayisədə 0,17 faiz bəndi artıb. “Bing” axtarış sistemi ikinci yeri tutub, onun payı 0,01 faiz bəndi artaraq 5,14 faizə çatıb. “Yahoo!” payını 0,02 faiz bəndi artıraraq 1,5 faizlə üçüncü yeri tutub.

Dördüncü yerdə olan “Yandex”in payı 0,11 faiz bəndi azalaraq 1,19 faizə düşüb.

İlk beşliyi “DuckDuckGo” tamamlayır. Onun bazar payı ay ərzində 0,04 faiz bəndi azalaraq 0,71 faizə düşüb.

Sosial həyat