KOBİA-nın İdarə Heyəti sədrinin müavini Ağalı kəndində sahibkarların müraciətini dinləyəcək

post-img

Martın 18-də Zəngilan rayonunun Ağalı kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan sahibkarlarn müraicətlərini dinləyəcək.

KOBİA-dan XQ-yə bildirilib ki, qəbul saat 11:00-dan etibarən Zəngilan rayonu, Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzinin binasında keçiriləcək.

Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət edə bilərlər (Tel.: 055 250 79 32, e-mail: [email protected], Vüsal İbrahimov, KOB dostu).

Sosial həyat