ADY qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə XQ-yə ADY-dən məlumat verilib.
Belə ki:
- 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı;
- 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı;
- 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.
Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bayram günlərində Bakı–Qazax–Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.

