Zəngilanın əti, südü, balı…

post-img

Zəngilanda Dövlət Proqramı çərçivəsində bərpa-quruluculuq işləri həyata keçirilir. İndiyədək rayona 1514 nəfərdən ibarət 329 ailə köçürülüb. Onların isə 593 nəfəri əmək qabiliyyətlidir. Tarixən kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan yerli əhali keyfiyyətli və dadlı məhsulları ilə tanınıb. Hazırda isə vəziyyətin necə olduğunu bilmək üçün uzun illər bu sahədə çalışan Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədovla həmsöhbət olduq.

Direktor bildirdi ki, unikallığı ilə seçilən Zəngilan rayonu ölkənin heç bir ərazisinə bənzəmir. Rayon ərazisindən 4 iri çay axır. Dağətəyi bölgədə yerləşən Zəngilan rayonunun iqtisadi inkişafı tarixən, əsasən, kənd təsərrüfatı istiqamətli olub, Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında ölkə Prezidentinin 2021-ci il tarixli fərmanından irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə ilkin halda minalardan təmizlənmiş ərazilərin 655 hektarı suvarılan sahə olmaqla 5 min 897 hektarın payızlıq əkinlər üçün şumlanması yararlıdır. 

Müsahibimiz rayonda tarixən formalaşan heyvandarlığın inkişafına bu gün də xüsusi önəm verildiyini söylədi:

– Heyvandarlıq üzrə daha çox məşğul olan “Dost aqropark” MM-nin Sarıl və Xumarlı kəndlərində, eləcə də “Yazı düzü” adlanan ərazidə 750 hektar örüş sahəsi var. Ötən müddətdə Uruqvaydan 3 min 622 baş “Abeerdin anqus” cinsli yüksək məhsuldarlığı ilə seçilən ətlik mal gətirilib.

Qeyd edək ki, “Dost aqropark” MM qısa müddət ərzində heyvanların yaş qruplarına uyğun yerləşdirilməsi üçün hər birinin tutumu 300 baş olmaqla 23 tam mexanikləşdirimiş, zootexniki tələblərə cavab verən açıq tipli mədəni tövlə inşa etdirib, mal-qaranın suvarılması təmin olunub. Bununla yanaşı, maldarlar üçün də lazımi şərait yaradılıb. Şirkətə məxsus “Abeerdin anqus” cinsli, yüksək məhsuldar ətlik mal-qara təsərrüfatı damazlıq təsərrüfat kimi dövlət reyestrinə alınıb. sına baxmayaraq, “ağıllı kənd” layihəsi əsasında salınmış Ağalı kəndində 3 nəfər kümçüyə 5 qutu ipəkqurdu toxumları paylanıb. Kümçülərin səyi nəticəsində 165,9 kiloqram barama toplanaraq təhvil verilib. Bu sahədə gələcəkdə çətinlikləri aradan qaldırmaq üçün rayon ərazisində 1,5 hektar sahədə 4 min ədəd tut tingi əkilib.

Söhbətimizin sonunda mərkəzin direktoru özünəməxsus tamı ilə seçilən Zəngilan balı barədə dedi:

– Araşdırmalar nəticəsində məlum olub ki, rayon üzrə arıçılıqla məşğul olan Artıq mal-qaranın sayı müxtəlif yaş qrupları üzrə 6 min 452 başa çatdırılıb. Bundan əlavə, 3 fiziki şəxs tərəfindən 2 min 765 başdan ibarət xırda heyvan təsərrüfatı yaradılıb.

M.Səmədov söhbət əsnasında rayon ərazisinə köçürülən əhalinin məşğulluğunun təmin olunması, ailə büdcəsinin formalaşması məqsədilə sakinlər arasında baramaçılığın təbliğ olunmasına başlandığını da dilə gətirdi. O dedi ki, 2025-ci ildə saxlama və bəslənmə şəraitinin olmama42 nəfərin 1606 arı ailəsi var. Bütün arı ailələri müvafiq qeydiyyata alınıb. Bu təsərrüfatla məşğul olan 18 nəfərin 1088 arı ailəsi ilə rayon ərazisinə yerləşdirilib, onların fəaliyyəti üçün müvafiq şərait yaradılaraq lazımi kömək göstərilib. Bütün bunlardan məqsəd isə rayonun aqrar sahədə də tərəqqisinə nail olmaqdır. 

Mikayıl NƏRİMANOĞLU,

XQ-nin bölgə müxbiri

Zəngilan 

 



Sosial həyat