Yaşıl, sağlam və abad Göygöl naminə

post-img

Göygöl rayonunda təbiətə, gələcəyə və milli dəyərlərə dərin hörmətin parlaq nümunəsi ortaya qoyuldu. Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri bir amal ətrafında birləşdi: yaşıl, sağlam və abad Göygöl naminə.

Aksiya zamanı Eldar şamı, Şərq çinarı, göyrüş, tuya və digər müxtəlif ağac növləri əkilərək aqrotexniki qaydalara uyğun şəkildə suvarıldı. Torpağa tapşırılan hər bir ting sabahın yaşıllığı, sabahın nəfəsi kimi dəyərləndirildi.

Qürurverici haldır ki, keçirilən aksiyada 1000-dən çox ağac əkildi. Əslundə belə təşəbbüslər bir daha göstərir ki, Göygöldə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması və yaşıllıq sahələrinin genişləndirilməsi ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Bu gün əkilən ağaclar sabah kölgə, o biri gün həyat olacaq.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri









Sosial həyat