8 Noyabr - Zəfər Günü! Bu möhtəşəm gün təkcə torpağı 30 illik işğaldan azad edilmiş bir xalqın yox, bütün dünya azərbaycanlılarının - bütün türk dünyasının Zəfər Günüdür.
8 Noyabr - Zəfər Günü! Səbrdən, mətinlikdən, qəhrəmanlıqdan, birlikdən, əzmdən, mübarizədən yoğrulan bu gün dünyada əzilən, haqsızlığıa uğradılan xalqların ədalətə olan inamlarının doğulduğu gündür.
8 noyabr-Zəfər Günü Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının, onun formalaşdırdığı rəşadətli orduğumuzun və dövlətinin, Prezidentinin ətrafında sıx birləşən, dəmir yumruğa çevrilən xalqımızın İMZA GÜNÜdür.
Türk dünyasının tanınmış şairlərindən olan Oljas Süleymanov yazır ki, keçmişi olmayan xalqın gələcəyi də yoxdur.
8 Noyabr-Zəfər GÜNÜ min illərdir bu coğrafiyada ulu babalarımızın yazdığı parlaq tarixin bu günü, gələcək nəsillərimizin başını daim uca edəcək, qürurla anacaqları bir keçmişdir!
Müasir Azərbaycanımızın qurucusu Ulu Öndər Heydər Əliyevin bir kəlamı var: “Tarix həmişə hər şeyi öz yerinə qoyur!”
8 Noyabr-Zəfər Günü min illərdir dövlətçilik ənənəsi olan xalqımızın tarixinə yazılan əzəmətli bir səhifədir.
8 Noyabr-Zəfər Günü! Bu gün 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu yüksək tribunadan dünya ictimaiyyətinin bir daha diqqətinə çatdıran, işğalçı Ermənistanın əsassız, saxta ərazi iddialarını tarixi faktlarla darmadağın edən Prezident İlham Əliyev cənablarının dünyaya hayqırdığı “Qarabağ Azərbaycandır və nida” sözünün tariximizə qızıl hərflərlə yazılan şanlı gündür.
Bu gün böyük təntənə ilə, qürurla, fəxarətlə qeyd etdiyimiz 8 Noyabr-Zəfər Günü qəhrəman vətən övladlarının şücaəti hesabına işğaldan azad edilən torpaqlarımıza həyatın qayıtdığı ilk gündür.
Dövlətçilik tariximizin mündəricatı olan 44 günlük Vətən müharibəsindən artıq 5 il keçir. Beş ildir işğaldan azad edilən torpaqlarımızın hər bir yerində abadlıq-quruculuq işləri aparılmaqdadır. Bu gün Qarabağda yeni yollar, yeni kəndlər salınır, yeni məktəblər inşa edilir. Böyük qayıdışın başladığı Qarabağda artıq beynəlxalq tədbirlər, konfranslar təşkil edilir.
Prezident İlham Əliyev Qarabağda gedən işləri daim diqqətində saxlayır. Bir zamanlar "məcburi köçkün" damğası ilə yaşayan xalq artıq alnıaçıq-üzüağ öz dədə-baba torpaqlarına, yurdlarına qayıdır.
"8 Noyabr-Zəfər Günü"-ndən başlayan bu qayıdış birliyimizin, bötüvlüyümüzün təntənəsidir.
Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi "Biz bu qələbəni döyüş meydanında qazandıq, lakin onun əsasında xalqın iradəsi, milli birlik və Vətən sevgisi dayanır!"
"8 Noyabr-Zəfər Günü"nü yaşayan xalqımızın iradəsi bir daha sarsılmayacaq!
"8 Noyabr-Zəfər Günü"nü yaşayan xalqımızın milli birliyi bir daha pozulmayacaq, vətən sevgisi heç zaman tükənməyəcək!
"8 Noyabr-Zəfər Günü"n mübarək Azərbaycan!
Nihad Həsənli,
Azərbaycan Dövlət Aqrar Universitetinin
İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi
"8 noyabr-Zəfər Günü" dəmir yumruğa çevrilən xalqımızın imza günüdür
- Sosial həyat
- 10:15 08.11.2025
- Oxunma sayı: 534

Açar sözlər:
Paylaş:
Sosial həyat
COP30-da iqlim gündəliyinin 145 maddəsi müzakirə olunacaq
12:33 08.11.2025“PAŞA Holdinq”dən Zəfər Gününə layiqli töhfə
12:24 08.11.2025Döyüşçü yazarın cəbhə gündəliyindən
12:15 08.11.2025Qalib xalqın qüdrətli dövləti
12:14 08.11.2025Zəfər ünvanlı mahnı
12:07 08.11.2025Vətən onların qəhrəmanlığını yüksək qiymətləndirir
11:42 08.11.2025Şəhid mayorun qürurlu anası
11:40 08.11.2025Şuşanın alındığını eşidib gülümsədi və gözlərini əbədi yumdu...
11:33 08.11.2025-
- 12:27 08.11.2025
-
- 12:24 08.11.2025
-
- 12:19 08.11.2025
-
- 12:18 08.11.2025
-
- 12:18 08.11.2025
-
- 12:17 08.11.2025
-
- 12:16 08.11.2025
-
- 12:15 08.11.2025
-
- 12:14 08.11.2025
-
- 12:11 08.11.2025
-
- 12:08 08.11.2025
-
- 12:07 08.11.2025
-
- 12:06 08.11.2025
-
- 12:05 08.11.2025
-
- 12:04 08.11.2025
-
- 12:03 08.11.2025
-
- 12:03 08.11.2025
-
- 12:03 08.11.2025
-
- 12:02 08.11.2025
-
- 11:57 08.11.2025
-
- 11:57 08.11.2025
-
- 11:54 08.11.2025
-
- 11:53 08.11.2025
-
- 11:52 08.11.2025
-
- 11:51 08.11.2025
-
- 11:47 08.11.2025
-
- 11:46 08.11.2025
-
- 11:45 08.11.2025
-
- 11:43 08.11.2025
-
- 11:42 08.11.2025
-
- 11:40 08.11.2025
-
- 11:39 08.11.2025
-
- 11:37 08.11.2025
-
- 11:36 08.11.2025
-
- 11:35 08.11.2025
-
- 11:34 08.11.2025
-
- 11:33 08.11.2025
-
- 11:32 08.11.2025
-
- 11:31 08.11.2025
-
- 11:29 08.11.2025

