AQTA sədri Naxçıvanda vətəndaşları qəbul edəcək

post-img

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 2-si saat 10:00-da Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 44 ünvanında Naxçıvan şəhəri və Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

XQ xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 1-dək qəbula yazıla bilərlər.

 

Sosial həyat