Abşeron rayonu ərazisində üç evdən 5500 manat dəyərində naqil, təmir-tikinti alətləri, inşaat materialları, həmçinin bir nəfərə məxsus yük avtomobilindən 1000 manat və 260 manat dəyərində ehtiyat hissələri oğurlanıb.
Məlumatı DİN mətbuat xidməti verib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən 32 yaşlı R.Quliyev müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində qeydə alınan digər hadisələr zamanı 3 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Ş.Alxasov da saxlanılıb.
Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ