“Günəbaxan”a necə baxmalı?

post-img

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Günəbaxan bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda elmi-praktik tarla seminarı keçirilib.

Seminarda Aqrar Xidmətlər Agentliyinin nümayəndələri, Samux, Goranboy və Göygöl rayonlarının dövlət aqrar inkişaf mərkəzlərinin, eləcə də Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) mərkəzlərinin və digər müvafiq qurumların rəhbərləri, mütəxəssisləri, fermerlər və institut əməkdaşları iştirak ediblər. 

AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov günəbaxan bitkisinin ölkə üçün strateji əhəmiyyətini qeyd edərək, onun becərilməsində elmi yanaşmanın və seleksiya təcrübələrinin əhəmiyyətindən danışıb. Aqrar elmlər doktoru Ələddin Tağıyev introduksiya olunmuş sortların biomorfoloji xüsusiyyətləri və seleksiya üçün ilkin material kimi qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Tarla şəraitində keçirilən seminar zamanı iştirakçılara günəbaxan bitkisinin becərmə texnologiyası, torpaq hazırlığı, gübrələmə, suvarma və məhsul yığımına dair müasir metodlar barədə praktiki izahlar verilib. 

Seminarın sonunda iştirakçılar sahəyə baxış keçirərək tətbiq olunan texnologiyaları yerində müşahidə edib, təcrübə mübadiləsi aparıblar.

XQ 

 



Sosial həyat