Sanitariya-gigiyena qaydalarına əməl olunması üzrə tədbirlər davam etdirilir

post-img

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Paytaxtın Xəzər rayonunda keçirilən tədbir zamanı Buzovna qəsəbəsi ərazisində “KAMAZ” markalı yük avtomobilindən müxtəlif çeşidli tullantıların boşaldılması aşkar olunub. 

Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tədbir görülüb.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat