Naxçıvanda məhkum valideynlərlə övladlarının görüşü təşkil olunub

post-img

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə uşaqların görüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək uşaqları və onların valideynlərini bayram münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.

Çıxışda azad olunmuş ərazilərdə uşaq bağçaları, məktəblər və idman meydançalarının inşasına xüsusi önəm verildiyi vurğulanıb.

Bayram tədbiri Naxçıvan Dövlət Kukla Teatrının kloununun təşkil etdiyi müxtəlif oyunlar və musiqi nömrələri ilə uşaqlar üçün daha əyləncəli və yaddaqalan olub.

Sonra Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.

Tədbirdə 12 məhkum və 20 uşaq iştirak edib.



























Sosial həyat