Sabirabaddakı “Hophopnamə” Kitab Mərkəzində Azərbaycanın dahi satirik şairi, Mirzə Ələkbər Sabirin anadan olmasının 163-cü ildönümünə həsr edilmiş “Gəl, gəl a yaz günləri” adlı ədəbi-bədii toplantı keçirilib.
Toplantının rəsmi hissəsində çıxış edən natiqlər böyük şairin Azərbaycan ədəbiyyatında tutduğu yer, cəmiyyətə təsiri və onun yaradıcılığının gənc nəslin tərbiyəsindəki rolu barədə fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində Sabirin yaradıcılığı əsasında İmişli Uşaq İncəsənət Məktəbinin müəllimi Elnur Məcidovun ifasında “Oxutmuram, əl çəkin!” mahnısı, Sabirabad Sosial İqtisad Kollecinin tələbələrinin ifasında “Satılır” şeiri səslənirilib və “Vur, vur...” kompozisiyası nümayiş olunub.
XQ