Maliyyə Nazirliyində ACCA nümayəndələri ilə görüş keçirilib

post-img

Azərbaycan Respublikası Maliyyə Nazirliyində İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) nümayəndələri ilə görüş keçirilib. 

Nazirlikdən bildirilib ki, görüş zamanı mühasib peşəsinin inkişaf etdirilməsi, mühasibat uçotu sahəsində mütəxəssislərin bacarıqlarının artırılması, ACCA-nın İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Sertifikatının tanınması, sertifikatlaşdırma üzrə təlim proqramlarının birgə hazırlanması, maliyyə monitorinqinin aparılması və auditorlar üçün imtahanların təşkili, habelə bu mütəxəssislərin müvafiq orqanlara cəlb olunması mövzuları ətrafında müzakirələr aparılıb. 

Məlumat üçün bildiririk ki, Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzi (METM) ilə ACCA arasında əməkdaşlıq çərçivəsində 2024-cü ildə Gümüş partnyorluq əldə edilib.
 

Sosial həyat