Bank kartlarından oğurluqlar azalıb

post-img

Son günlərdə əhalinin maarifləndirilməsi nəticəsində bank kartlarından oğurluqların sayı azalır. Bir daha xatırladırıq ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. 

Məlumatı DİN-in mətbuat xidməti verib. 

Məlumatda bildirilir ki, mayın 28-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 340, 100, 36 manat pul vəsaitləri oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalı, beləzənglər dərhal bloklanmalıdır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat