Bakı və Sumqayıtda 6 nəfər oğurluq üstündə yaxalanıb

post-img

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində 200 manat dəyərində velosiped, həmçinin iki market və bir sexdən oğurluqlar edilib. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 26 yaşlı M.Tarverdiyev, 41 yaşlı T.Quliyev, 36 yaşlı R.Əliyev və E.Bayramov saxlanılıblar.

Bundan başqa, Səbail rayonunda bir nəfərə məxsus içərisində mobil telefon və bank kartları olan çantanı oğurlayan 46 yaşlı A.Əhmədov, Sumqayıt şəhərində isə marketlərin birində 415 manatı talayan, əvvəllər məhkum olunmuş 54 yaşlı M.Hüseynxanov da saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə