Narkotik vasitələrin dövriyyəsinə qarşı növbəti əməliyyat

post-img

Mayın 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-dən verilən məlumata görə, paytaxtın Suraxanı, Sabunçu rayonlarında və Lənkəran şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. 

Tədbirlərlə qeyd edilən cinayət əməllərində şübhəli bilinən 48 yaşlı N.İbadov, 29 yaşlı T.Abbasov və həmyaşıdı Ə.Məmmədli saxlanılıblar.

Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi və narkotiklərin onlayın alqı-satqısında istifadə olunan 2 ədəd bank kartı aşkarlanıb.

Hər üç faktla bağlı araşdırma aparılır. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat