“E-sosial” mobil tətbiqi ABŞ-da keçirilən müsabiqədə mükafata layiq görülüb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” mobil tətbiqi ABŞ-ın “Best Mobile App Awards” müsabiqəsində “Ən yaxşı yeni mobil tətbiq” kateqoriyası üzrə mükafata layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, “Best Mobile App Awards” müsabiqəsi müxtəlif kateqoriyalar üzrə ən yaxşı mobil proqramları, iOS və Android üçün mobil tətbiqlərdə innovasiya, yaradıcılıq və praktikliyi tanıtmaq məqsədi daşıyır.

Müsabiqəyə “e-sosial” portalının məqsədini, həmçinin mobil versiyanın funksionallıqlarını nümayiş etdirən vizual materiallar təqdim olunub.

Sosial həyat