Ölkəmizdə səfərdə olan Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa eşitmə məhdudiyyətli şəxslərin İdman Təşkilatının prezidenti İosif Stavrakakis DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Müəssisənin direktoru Elnarə Ənsari qonaqlara mərkəzin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, mərkəzin benefisiarları burada 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb edilməklə yanaşı, onlara sosial-pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir.
A.Kosa və İ.Stavrakakis mərkəzdə yaradıcılıq və təlim-məşq prosesini izləyib, benefisiarların təlimçilərlə birgə hazırladıqları əl işlərinə baxıblar.
Zərifə HÜSEYNOVA
XQ