Qədim şəhərdə yeni yaşayış kompleksi

post-img

Naxçıvan şəhərində genişmiqyaslı yaşayış kompleksinin tikintisi üçün layihələndirmə işlərinə start verilir.

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti bu məqsədlə müvafiq müsabiqə elan edib. Layihə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 hektar torpaq sahəsini əhatə edəcək. Layihənin əsas məqsədi müasir və komfortlu yaşayış şəraitinə malik kompleksin inşasını təmin etməkdir.

Layihənin icrası çərçivəsində müasir standartlara cavab verən mənzillərin, sosial infrastruktur obyektlərinin və abadlaşdırılmış ərazilərin yaradılması nəzərdə tutulur.

XQ

Sosial həyat