Vergi ödəyicilərinə xidmət

post-img

İlin ilk rübündə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri 11 min 380 şəxsə xidmət edib.

Mərkəzlərdə qəbul edilənlərə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 14 min 966 xidmət göstərilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz çoxdur. Ümumi xidmətlərin 93 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Yanvar–mart aylarında vergi ödəyicilərinə 319 min 520 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş də göndərilib. onlarla 25 görüş keçirilib, 119 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 782 müraciət üzrə 1326 ASAN İmza sertifikatı verilib.

Qeyd edək ki, Muxtar Respublikasında aprelin 1-dək vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20 min 192 təşkil edib. Bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz artaraq 572 olub. Fəal obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 7,6 faiz artıb və 6005 təşkil edib.

 

İqtisadiyyat