İmtiyazlı xəstələrə dərman paylanır

post-img

Muxtar respublikada imtiyazlı xəstələrin zəruri dərmanlara əlçatanlığını artırmaq üçün ailə sağlamlıq mərkəzlərində aksiyalara başlanıb.

İlk olaraq Ordubad rayonunun Dırnıs, Dəstə və Vənənd kənd ailə sağlamlıq mərkəzlərində dərmanların təhvil verilməsi həyata keçirilib. Mərhələli şəkildə davam edəcək bu proses çərçivəsində Naxçıvan Muxtar Respublikası üzrə 32 Ailə Sağlamlıq Mərkəzinin hər birində imtiyazlı dərmanların paylanılması nəzərdə tutulub.

Qeyd edək ki, imtiyazlı dərman vasitələrinin paylanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı vahid dərman portalı üzərindən icra edilir. Bu yanaşma prosesin şəffaflığını və effektivliyini təmin edərək, dərmanların düzgün bölgüsünə nəzarət imkanı yaradır.

 

Sosial həyat