Ankarada ermənilərin Cənubi Qafqaz və Anadoluda cinayətləri mövzusu müzakirə ediləcək

post-img

Aprelin 17-də Ankaranın Sıhiye rayonundakı Türk Tarix Qurumunun binasında “XX əsrdə Cənubi Qafqazda və Anadoluda ermənilərin türklərə qarşı vəhşilikləri” mövzusunda panel müzakirəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Ankaradakı səfirliyi və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Müzakirələrdə Türkiyənin aparıcı universitetlərinin tanınmış professorları, tarixçilər, hüquqşünaslar, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Panel müzakirələrinin moderatoru qismində professor Hikmet Özdemir çıxış edəcək.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Sosial həyat