Qanunvericiliyə hərbi geyim formasını daşımaq hüququ ilə bağlı dəyişiklik edilir

post-img

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilir.

Bununla bağlı qanun layihəsi Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin üçüncü-beşinci hissələri müvafiq olaraq dördüncü-altıncı hisslər hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin: “Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər”.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Sosial həyat