İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də həyat öz axınına düşüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzun illərdən sonra Xankəndi şəhərində insanlar dünən milli adət-ənənəmizə uyğun olaraq Od çərşənbəsini qeyd ediblər.
Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq şənləniblər. Mərasim uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar təntənə ilə keçirilir. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.
XQ