Azərbaycanda ağacəkmə aksiyaları davam edir

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.







Sosial həyat