İnsanlar alternativ müalicə kimi internetdə çox yayılan sodalı reseptlərə meyillidir. Soda məişətdə–mətbəxdə geniş və daim işlədilməsi ilə yanaşı, uzun illərdir ki, həm də mədə qıcqırması, göynəməsi zamanı istifadə edilir.
Lakin bu vasitə nə qədər təriflənsə də, daxilə qəbul üçün məsləhət görülmür.
Qastroentereloq Oksana Levina jurnalistlərə açıqlama verərkən sodanın qida borusu xərçəngi riskini artırdığını bildirib. Həkim deyib ki, soda vasitəsilə öskürək, mədə yanması və ya həzm problemini həll etmək və onu tez-tez, hətta suda söndürüb içmək qida borusunun selikli qişasında iltihab prosesi yaradır.
Soda düşdüyü mühitdə, həqiqətən, qələvi təsir edir, həmin an yanmanı sanki alova köpük səpilmiş kimi söndürür. Amma sonradan mədədə buna alışqanlıq yaranır və mədə daha çox turşu hasil etməyə başlayır.
O.Levina diqqətə çatdırıb ki, turşu istehsalının çoxluğu simptomların intensivliyini artırır: “Bu da erroziyalı ezofagitə (qida borusunun daralması) və hətta qida borusu barretasına (qida borusunun aşağı hissəsinin selikli qişasının, yastı hüceyrəli epitelisinin slindrik epitellə əvəz olunması nəticəsində əmələ gələn ağırlaşma hesab olunan qazanılmış xəstəlik) səbəb ola bilər. Bu proses isə gələcəkdə onkologiyaya qapı açmaqdır. Ona görə lazım oldu- olmadı, suya soda qatıb, xüsusilə, acqarına içmək olmaz”.
Z.HÜSEYNLİ
XQ