Özbəkistanın müdafiə naziri Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan səfirliyində olub

post-img

Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Şuxrat Xalmuxamedov Azərbaycanın bu ölkədəki səfirliyinə gedib.

AZƏRTAC xəbər verir ki, naziri Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyev və hərbi attaşemiz polkovnik Samir Əfəndiyev qarşılayıb. Özbək nazir Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib və səfirliyin xatirə kitabına ürək sözlərini yazıb.



Sosial həyat