Manqıstau vilayətinin çoxprofilli xəstəxanası Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alanların hazırkı vəziyyəti barədə məlumat verib.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, hazırda təyyarə qəzasında xəsarət almış 6 nəfər xəstəxanada müalicə alır. “Onlardan dördü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə ağır, üçünün vəziyyəti isə stabil ağırdır. İki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir", - deyə tibb müəssisəsindən bildirilib.
Qeyd edilib ki, altı xəstədən üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana