İç bəkməzlə limonu – gəlsin azarın sonu

post-img

Antibiotiklər qədər təsirli olan bəkməzə limon sıxıldıqda faydasını ikiqat artırır. Mütəxəssislər bildirirlər ki, son vaxtlar ciddi sağlamlıq problemlərindən qorunmaq üçün əsas vasitə sağlam qidalanmadır.

Alternativ tibbdə məşhur qarışımlardan biri də bəkməz və limon hesab edilir. Bu qarışım öskürəyə son qoyur, boğazda ağrı, qaşınma və iltihabın qarşısını alır, insanı qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur, bədəndəki virusları zərərsizləşdirir, insanı toksinlərdən təmizləyir, tərkibindəki dəmirlə anemiyanın səviyyəsini azaldır, sinir sistemindəki hüceyrələri yeniləyir, enerjini artırır, yuxusuzluğu aradan qaldırır, arıqlamaq üçün əla vasitədir.

 Qarışımı hazırlamaq üçün yarım stəkan suya 3 xörək qaşığı bəkməz və təzə sıxılmış yarım limonun suyu əlavə edilir. Qarışım həftədə 6 gün içilir və 1 gün ara verilir. Daha tez və yaxşı fayda əldə etmək üçün maye səhər acqarına qəbul edilir. 

O həm də qan əmələ gətirir. Vitaminlər, minerallar və antioksidanlar baxımından da bədənə fayda verir, detoksifikasiyaya kömək edir. Məqsədə çatmaq üçün məlhəm 10 – 40 gün arası içilməlidir.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat