FIFA Qitələrarası Kubokunun final oyununda İspaniyanın "Real” və Meksikanın "Paçuka" komandaları qarşılaşıb. Görüş İspaniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hesab matçın 37-ci dəqiqəsində açılıb. Hücumçu Kilian Mbappe fərqlənib. 53-cü dəqiqədə "Real" Rodriqonun sayəsində fərqi ikiyə çatdırıb. Vinisius isə 84-cü dəqiqədə penalti ilə matçda nöqtə qoyub.
İtaliyalı baş məşqçi Karlo Ançelotti “Real”ın tarixinin ən uğurlu məşqçisi olub. 65 yaşlı Ançelotti üçün bu kubok "Real”da 15-ci olub. Bu da ona klubun əfsanəvi baş məşqçisi Migel Munyosun nailiyyətini ötməyə imkan verib. Munyos məşqçilik karyerasını “Real”da 14 titulla başa vurub.
XQ